Sevgimə budurmu sənin cavabın?
Mən səni sevirdim canımdan artıq.
Yaman sönük düşüb alovun-odun,
Mən isə olmuşam sevgimə sadiq. Vəfasız gözəl
Sevgimə budurmu sənin cavabın?
Mən səni sevirdim canımdan artıq.
Yaman sönük düşüb alovun-odun,
Mən isə olmuşam sevgimə sadiq.
Budurmu sevqiyə verdiyin qiymət,
Budurmu eşqindən mənə pay gözəl?
Sevgidən yaranır sevənə hörmət,
Sən niyə aldatdın, məni, ay gözəl!
Nədəndir indi sən sevmirsən məni?
Eşqinə yananı gəl atma, gözəl.
Belə ucuz tutma səni sevəni,
Sevmirsənsə məni aldatma, gözəl.
Əgər bilsəydim mən əzəldən bəri,
Sevgimə vermisən bu cür qiyməti.
Tökməzdim bir belə şirin dilləri,
Vəfasız gözəli sevməzdim qəti.
Arxada qalacaq biri
Bir eşq oyundur başımdan keçən,
Heç zaman açılmaz sevginin sirri.
Günahkar mən deyil özgəsin seçən,
Gedirəm, arxada qalacaq biri !
Sevginin odunda əzablar çəkdimiş,
Bilmədim ölüyəm, yoxsa mən diri,
Gecələr onun üçün göz yaşı tökdüm.
Gedirəm, arxada qalacaq biri!
Qəlbimə gömmüşəm qalmayıb izi,
Sevdim xəyanətsə eşqim gəliri!
Qurudu vəfasız sevgi dənizi,
Gedirəm arxada qalacaq biri!
Ömür boyu gözün qalsın yollarda,
Eşqim çevirərdi muma dəmiri,
Xoşbəxt ol bivəfa özgə qollarda,
Gedirəm arxada qalacaq biri!
Vəfasız
Vəfasız heç vəfan yoxmudur sənin?
Sinənin altında daşmıdır sənin?
Gözləri yaşlıdır səni sevənin,
Nə olar geriyə dönmə vəfasız.
Onsuzda geriyə dönməyəcəyəm,
Əvvəlki tək səni sevməyəcəyəm,
Bir də üzünə gülməyəcəyəm,
Nə olar geriyə dönmə vəfasız.
Sağalda bilmirdin nə üçün qanatdın?
Silə bilmirdinsə nə üçün ağlatdın?
Mənə yalnız xatirələr buraxdın,
Nə olar geriyə dönmə vəfasız.
Mən sevən kimi
Səni sevən qəlbi nə üçün yardın?
Onu da özünlə birgə apardın.
Məni ağlatmaqdan ləzzət alardın.
Bayram eyləyərsən mən ölən kimi.
Əgər sevinc kədər olsa tən sənə.
Var dövlət verilsə qəflətən sənə.
Eybi yox darıxma bir gün mən sənə.
Baxıb güləcəyəm sən gülən kimi.
Məni öldürün səsini kəsin.
Əzabla yaşasın bu son nəfəsin.
Məni sevməsən də sevsən özgəsin.
Səni sevməyəcək mən sevən kimi.
Vəfasız yar
Sevgilim, sən məni atıb gedirsən,
Sevinci kədərə qatıb gedirsən.
Get ay vəfasız, xoşbəxt olginən
Sən məni daş-qaşa satıb gedirsən.
Mən səninçün keçərdim şirin canımnan
Sən məni saymayıb, necə gedirsən,
Get ey vəfasız yar, dönmə geriyə
Şeytan röyasında yatıb gedirsən.
Vəfasız sən oldun
Səni mənim qədər heç kim sevməzdi,
Ürəyin qəm-kədər nədir bilməzdi.
Sən vurdun daşlara ümidlərimi
Vəfasız sən oldun, mən olmadımki.
Gəlmədin görüşə, görəmki səni,
Göndərdin qəlbimə qəmi-kədəri.
Qatdın sevgimizə acı zəhəri
Vəfasız sən oldun, mən olmadımki.
Bir an görməsən, deyirdin sənsən dayağım,
Deyirdin sənsən arzum-muradım
Yandım məhəbbət oduna, sən yanmadınki,
Vəfasız sən oldun, mən olmadımki.
Sevmirəm səni
Sevmirəm canım sevmirəm səni
Sevmirəm daha yalan sözləri
Vaxtı ilə yaman sevmişdim səni
İndi and olsun Allaha sevmirəm səni
Aşiq olmuşdum qara gözlərə
Vurulmuşdum sevən ürəyə
Edərdim qəlbimi sənə hədiyə
Ömrümü verərdim canım mən sənə
Heyifki bilmədin mənim qədrimi
Sən sevə bilmədin səni sevəni
Arxanca səslədim duymadın məni
Eşit ay vəfasız sevmirəm səni!
Çıx get
Ucaldı göylərə qəmim fəryadım
Sənin yoxluğuna baxıb ağladım
Məni yada satıb getmisən yarım
Bumuydu eşqin əhdin ilqarın
Çıx get yolun açıq olsun
Sənində ömrün qəm kədər olsun
Çıxarsa vəfasız qarşına sənin
Nələr çəkdiyimi bilərsən mənim
Sevirəm deyərdim heç usanmadan
Bağrıma basardım səni doymadan
Ayıra bilməzlər deyərdin mənə
Niyə sən yalançı çıxdın sevginə!
Vəfasızlara
Qoyma bu məhəbbət bitsin kədərlə,
Məni atıb getmə,getmə sevgilim.
Oynama vəfasız sevən ürəklə,
Dikanlı gül olub bitmə sevgilim.
Gün gələr sevgilim səndə sevərsən,
Onda bu sevgilin düşər yadına.
Əl açıb sən məndən sevgi istərsən,
Bilki bu sevgimdə çatmaz dadına.
Yenədə sən düşün gülüm gedərkən,
Nəyə lazım qüssə kədər sevgilim.
Məni ağlar qoydun səni sevərkən,
Eylədin qəlbimi hədər sevgilim.
Eşitdim başqası olub həmdəmin,
O da çox sevməyib tez atıb səni.
Zəng vurub danışdın mənə dərd qəmin,
Sənə dedim axı axtarma məni.
Vəfasız yar
İncimə sevgilim incimə yarım
Vəfasız sən oldun mən olmadım ki,
Deyirdin sevmişəm sevəcəm səni
Bəs indi nə oldu sevmədin məni
Məni dərdli qoyub sən hara getdin
Yaralı qəlbimə sən dağ çəkmisən
Taleyim qismətim sənin əlində
Nə olar sevgilim sevirəm söylə
Sevirəm söyləsən olarıq xoşbəxt
Naz etmə sevgilim sevirəm səni
Əgər sən sevirəm söyləsən mənə
Ölənə qədər sevərəm səni
Vəfasız sevgilimə
Niyə mənim gülüm, niyə sən o vaxt,
Mənə tərəf baxıb, cavab vermədin?
Niyə məni orda həmin küçədə,
Yağışlı havada tək qoyub getdin.
Axı sən bilirdin səni sevirdim,
Sənin dərdindən də inan dəliydim,
Axı sən bunları yaxşı bilirdin...
Bəs niyə sən məni tək qoyub getdin?
Bunları bilsəndə başa düşmədin,
Çünki sənin fikrin tamam başqadır.
Sən məni heç zaman fikirləşmədin,
Sənin fikrin maşın, bir də villadır!
İndi məndə də var o maşın, o ev,
Qəlbimdə amma bircə sən yoxsan.
Daha birdə ora düşə bilməzsən,
Nə qədər söz atıb, nə qədər baxsan.
Ey mələk! Gəzirəm şəhərdə hər gün,
Sənin tək qızlarla, sənin tək gülüm,
Sən isə "sevirəm" indi deyirsən,
Bəs nə oldu, nə tez dəyişdin gülüm?
Üzünüzə gülən hər gözəl qıza,
Arifəm, deyirəm, inanmayın siz.
Onlar könül verir bir az çox pula,
Bu cür qızlar olur, olur ürəksiz!!!
Vəfasız qız
Bu günahdırmı ki, sevmişəm səni
Düşündüm həm sevib həm sevilərəm
Bəxtim qara gəldi sevdin özgəni
Bildim ki, çəkərək qəm sevilərəm
Vuruldum mən sənə sevgi bağında
Sən bir Leyli oldun mən isə Məcnun
Bilirsən indi mən şam işığında
Yazıram bu şeyri sakit və yorğun
Yuxuya getmişəm bir bax tərsliyə
Gəzirik səninlə fani dünyada
Sonra kədərləndim bilirsən niyə?
Əlimdən tutmuşdun amma röyada
İlahi bu yuxu olarmı gerçək
Yenədə yuxudu faydası yoxdur
Səni özgəsilə gözümlə görcək
Bildim ki yuxunun mənası yoxdur
Nə gecəm var indi nədə gündüzüm
Hər gecə hər səhər həsrətindəyəm
Sənə deyiləsi az deyil sözüm
Bir bilsən nə qədər həsrətindəyəm
Rəşadın sözlərin çıxartma yaddan
Ümüdüm vüqarım sevəcək səni
Bir zaman köçsəmdə fani dünyadan
Torpaqda məzarım sevəcək səni
Vəfasız oğlan
Vəfasız sevginin üzü gülməsin,
Kor olsun gözləri heçnə görməsin,
Yanında açılsın ətirli güllər,
Qolları tutulsun dərə bilməsin,
Səni qarğışlayıram "VƏFASIZ OĞLAN"
Saçların qurumuş samana dönsün!
Xoş günün yastıqda pis günün darda!
Səndəki o, ürək məzara dönsün,
Bədənin od tutmuş ağaca dönsün!
Arzuların xar günün var olsun,
Ürəyin istəyən sənə yar olsun,
Amma bir şərtlə deyirəm sənə,
"BƏYLİK" otağın məzara dönsün!
Vəfasız gözəl
Bir gün sevgilimə söylədim gülüm
Məni sevirsənmi sevirəm gülüm
Nə vaxt qayıdacam onu bilmirəm
Dedim əsgərliyə gedirəm gülüm
Eşitdi gözləri yaş ilə doldu
Dedi bu ayrılıq bir uzun yoldu
Mən əlvida dedim o isə ağladı
Elə bil hər tərəf qara bağladı
Üz tutdum biləcəri bakı yoluna
Beləcə başlandı tək tənha xidmət
Zənn etdim sevgilim gözləyər əlbət
Bir gün yuxuda gördüm mən onu
Əyninə geyinib gəlinlik donu
Ayıldım yuxudan mən dəli kimi
Yapışdı canımdan bir zəli kimi
Açdım yuxumu danışdım dostuma
Dostumsa yuxunu yozdu qanuna
Dedi gerçək yuxu tərsinə olur.
Mənimsə yuxum çıxdı aşkara
O isə gedirdi bir başqa yara.
Aldım məzuniyyət gəldim toyuna.
Gördüki gəlmişəm onun toyuna
Açıb qollarını girib oyuna.
Baxırdı üzümə o gülə-gülə
Sanki bunu edirdi o bilə-bilə
Arzumdu a dostlar güllər solmasın.
Sevənlər bir olsun heç ayrılmasın
Ruslanam dərdimi yazmışam belə
Heç vaxt aldanmayın vəfasız yara
Dedilər taleyin bəlkə düzələ
Vəfasız gözəl
Qədrimi bilmədin vəfasız gözəl
Hərdən xəyalında xatırla məni.
Fikrindən ayrılıb dilxor olanda
Qüssədən gözlərin yaşla dolanda
Gəlin otağında sən tək olanda
Sən öz otağında xatırla məni.
Kimə könül versən sən mənə inan,
Arzum xoşbəxtlikdir sənə hər zaman.
Ancaq toy gecəsi qəlbində vuran
Ürəyinlə birgə xatırla məni.
Aylar illər keçsə sən ana olsan
Oğlunun adını MƏĞRUR qoyarsan
Ana deyib səni çağıran zaman
Düşün ilk eşqini xatırla məni...
Vəfasız eşq
Bir könüldə iki eşqin
Yeri yoxdur deyə sənə söyləmişdim
Ey sevgilim ey vəfasız
Bir məcnunun bir leylası olur demişdim
Bu necə sevdadır ya Rəbb bu necə kədər
Ya yenidən yarat məni ya da səbr ver
Vəfasız eşqin əcəldən nə fərqi var ki,
Ya canımı al ya da məni mənə geri ver
Mənə yol göstər
Eşq sevən iki könlün bir bədən olmasıdır
Ən gözəl eşqi sənlə paylaşmaq istəmişdim
Tökülən hər damlanın nə günahı var
Sanma olacaqsan sən də bəxtiyar
Hər anında bir ömürlük acı çəkdirdin
Parça-parça bu könlümün intizarı var
Eşq sevən iki könlün bir bədən olmasıdır
Ən gözəl eşqi sənlə paylaşmaq istəmişdim
Bir ömrü bərabərcə paylaşmaq istəmişdim
Vəfasız dost
Dar gündə halımı soruşmayan dost
Hələlik xəstəyəm, yatıram gəlmə
Hicrandan yel alıb tale karvanı
Qəm alıb möhləti gedirəm gəlmə
Hələlik xəstəyəm yatıram gəlmə
Əzəldən bilsəydim bu imiş vəfan
Könül bağlamazdım sənən heç zaman
Mən sənin yerinə utanıb inan
Xəcalət tərinə batıram gəlmə
Hələlik xəstəyəm yatıram gəlmə
Qürbət əldə tüfəng tərlan sar imiş
Arxasız igidə dünya dar imiş
Yaxşıki vəfalı dostlar var imiş
Dar gündə əlimdən tuturlar gəlmə
Hələlik xəstəyəm yatıram gəlmə
Alqayıt ehtiram, əziyyət görüb
Dünyada cürbəcür insanlar görüb
Sənin qiyafəndə cin şeytan görüb
Gecələr yuxumu qatıram gəlmə
Hələlik xəstəyəm yatıram gəlmə
Vəfasız
Vəfasız üzümə necə baxırsan
Dinməyib susursan axı sən niyə
Ağlayıb üzünü nədən tutursan
Yalan göz yaşını bilərəm deyə ?
Gedirdin əlindən tutub saxladım
Getmə yar, getmə yar deyib ağladım
Dedin ki, əlimdən çək əllərini
Sevmirəm, sevmirəm daha mən səni
Ey fələk alaydın qəlbimi hədər
Yarımı əlimdən aldığın zaman
Qəmdisə eşqimin axırı əgər
Öləydim qəlbimə saldığın zaman
Vəfasız
Bir zamanlar bir sevgilim vardı
Onunla ağlayıb onla gülərdim
Həyatımı adlamışdım onun yoluna
Onunla yaşayıb onla ölürdüm
Elə bir zamanda çıxdı qarşıma
Nə eşqdən nə sevgidən xəbərim yoxdu
Əlimi qolumu bağladı mənim
Qəlbimi atəşlərə atdıda getdi
Tövbələr olsun sevməkmi əsla
Bir daha aşiq olmayacağam
İnanıb vəfasız birilərinə
Bir daha bu cürnə yanmayacağam
Kövrək qəlbimin günahı nəydi
Könlümü ömrümü pərişan etdin
Nə qədər vəfasız zalimmişsən sən
Sönmüş bir atəşi yaxdın da getdin.
Vəfasız
Nə gözəl başlamışdıq biz səninlə
Paylaşmışdıq hər şeyi
Hanı sən tək mənim idin mən də sənin
Geridə qaldı artıq hər şey
Gün gələr anlarsan çox acı çəkdim
Arxanda yaralı bir qəlb buraxdın
İlk öncə gülüşün amansız getdi məndən
Sonra da inandığım hər şey
Acılarla ürəyimi qanatdın
Söz vermişdin amma sən məni aldatdın
Tanrı hesab sorsun mənim üçün sənə
Məni yaxdın, yıxdın, getdin vəfasız
Vəfasız
Ruhumu qəm kədər bağladı yenə
Tutupda fələyi savaşmağım gəlir
Vəfasız bir qəlbə bağlandı deyə
Çıxarıb könlümü atmağım gəlir
Ağlayan bir fidan qırıq budaq kimi
Bir kənara atılmış xarab saz kimi
Uçmaq istəyən yaralı quş kimi
Dalıb xəyallara ümidlənməyim gəlir
Qəm ilə kədər ilə çürüməkdənsə
Beləcə vəfasız bir ömrü sürməkdənsə
Səni başqa qollarda görməkdənsə
Əbədi yuxuya getməyim gəlir
Vəfasız
Bizdə də var idi eşqin aləmi,
Sən məni hər zaman əzizləyərdin
Ürəyimdə olan hər dərdi qəmi,
Bircə gülüşünlə təmizləyərdin.
Hər zaman bir yanıb bir alışardıq
Çox gözəl kəçərdi o çağlarımız
Eşqdən, məhəbbətdən hey danışardıq
Susubdur indi o dodaqlarımız
Bir günüm keçməyir naləsiz, ahsız
Çünki, öz yarımın vəfası yoxdur.
Görünür bu həyat mənə maraqsız
Odur, yaşamağın mənası yoxdur
Uydun var-dövlətə oldun tamahkar
Mənsə öz əhdimə sadiq olmuşam
Günah səndə deyil, mənəm günahkar
Sən tək vəfasıza aşiq olmuşam
Nədən tərk elədin məni, de, nədən
Mən sənin halına güləcəm bir gün
Cansız bir diriyəm, soyumuş bədən
Ölsəm də, səninlə öləcəm bir gün
Cavabsız qoyma, gəl bu sualımı
Yaşaya bilərəm, de, harda sənsiz?
Hər an yad edirsən sən xəyalımı
Xəyalən sənləyəm, aşkarda sənsiz
Ayrılmağımızın yox bir səbəbi
Məni satdın sən özgəyə, yadamı?
Səbəb vardısa, bəs nədir səbəbi?
De niyə tərk etdin SİRLİ ADAMI?
Aşiqin ürəyi bərbaddır indi
Çünki onun nakam məhəbbəti var.
İnsanlar içində o şaddır indi
Lakin onun gizli bir həsrəti var.
Vəfasız
Demə ki Rəşadın atıbdı səni
Yaxud başqa qıza satıbdı səni
Bəlkə də qüssəyə qatıbdı səni
Sonalar gölündə üzən vəfasız
Çırağımı söndürüb gəzən vəfasız
Sən bir başqasıyla oturdun durdun
Həyatını başqa biriylə qurdun
Yaralı könlümə yaralar vurdun
Sağalmaz yaralar qalar şəfasız
Çırağımı söndürüb gəzən vəfasız
Mən ki sənə qarşı olmadım yaman
Nakammı qalacaq eşqimiz aman?
Qaytar o üzüyü allaha iman
Həsrəti qəlbimə düzən vəfasız
Çırağımı söndürüb gəzən vəfasız
Cavanam gəncliyim heç oldu getdi
Bütün arzularım puç oldu getdi
Qatarlı durnalar köç oldu getdi
Durnatək hər yana süzən vəfasız
Çırağımı söndürüb gəzən vəfasız
Vəfasız
Mən səni vəfalı bir yar sanırdım
Hər saxta sözünə tez inanırdım
Sevginə inanıb qanadlanırdım
Sınıq qanadımı görməyə gəldin?
Sən ey ilqarına sadiq qalmayan
Sevgilim necəsən? Xəbər almayan
O, keçən günləri yada salmayan
Keçmişi yadına salmağa gəldim.
Vəfasız
İlk baxışdan vurulmuşdum mən sənə,
Bilməzdim ki dərd verəcəksən mənə,
Lazımsız eşqlə puç etdim qəlbimi,
Gərək əyməyəydim mətin qəddimi,
Sənin eşqinlə alışıb yanırdım,
Səni öz eşqimə layiq sanırdım,
Layiq deyilmişsən hədsiz sevgimə,
Adını çox nahaq yazdım qəlbimə,
Sim kimi zərif könlümü qırdın sən,
Səni ömrüm boyu əfv etmərəm mən!
Vəfasız
Gözlərini görən kimi vuruldum
Bir bulanlıq çay kimiydim duruldum
Bu yollarda mən gəzməkdən yoruldum
Gözəl yarım vəfasızsan vəfasız
Dəniz kimi sən məni seyr edirdin
İlk baxışdan mənə canan deyirdin
Bəs nə oldu, bəs sevgilim deyirdin
Gözəl yarım vəfasızsan vəfasız.
Vəfasız
Sən ey daşürəkli vəfasız dilbər
Gün gələr səhvini düşərsən başa,
Mənimlə keçirdiyin o gözəl illər
Bir zaman gözündə dönəcək yaşa.
Bir zaman mən gedən yollara baxıb,
Peşman-peşman yaş töküb ağlayacaqsan,
Arxamca yollara həsrətlə baxıb,
Sən o vaxt özüvə qarğayacaqsan.
Sən peşman olarsan bu saf eşqimə,
Əlini yadlara satdığın üçün.
Ağlarsan bir zaman sevən qəlbimə,
Alovlar içinə atdığın üçün.
Məni atdığına peşhman olarsan
Həsrət yanğısını o vaxt duyarsan.
Ürəyin sevgiyə möhtac qalanda,
Günahını göz yaşıyla yuyarsan gülüm.
Bir gün inanıram o gün gələcək,
Acı göz yaşların dönəcək selə,
Məni anacaqsan şirin duyğu tək,
Hətta başqasının olsanda belə!
O zaman gec olar geriyə dönmək,
Mən bir etibarsız bilirəm səni.
Bəlkə mümkün oldu təzədən sevmək,
Bir təhər qəlbimdən silərəm səni.
Anladım sonradan dərk etdim bunu,
Sənin məhəbbətin olmadı gerçək...
Puç etdin qəlbimdə hər bir arzumu,
Sonunda söylədin gəl əlçək məndən!!!
Vəfasız
Ey gözəl, sən görən ol aşiqi-nalan deyiləm,
O xumar gözlərə bundan sora heyran deyiləm.
İndi get həsrətini başqa bir aşiq çəksin, ,
Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm.
Gəz, dolan, seyr elə öz sevdiyin aşiqlər ilə,
Ürəyindən nə keçir eylə, peşiman deyiləm.
Səndə bir azca gözəllik, iki qaş-göz vardır,
Bivəfasan, demişəm aləmə, qorxan deyiləm.
Gözləməkdən yolunu yaxşı qurtardım özümü,
İndi heç bir gözəl eşqində nigaran deyiləm.
Könlümü güclə xilas eyləmişəm zülfündən,
Daha xatircəməm, eşqində pərişan deyiləm.
Vahidəm, indi sədaqətli gözəllər sevirəm,
Hər vəfasız gözəlin hüsnünə qurban deyiləm.
Vəfasız
Mən səni əzəldən vəfalı sandım,
Sənə könül verib sənə inandım.
Eşqinlə daima alışıb yandım
Bəs niyə unutdun məni vəfasız?
Səni çox sevirdim bilirdin bunu!
Deyirdin olmaz bu eşqin sonu.
Bitdi buradaca sevgi oyunu
Bəs niyə unutdun məni vəfasız?
Ürəksiz sevgilim
Gözlərim yaşla doldu əsdi dizlərim
Ayrılıb gedirsən biləndən sonra
Sən göz yaşlarıma güləndən sonra
Sildim gözlərimi nifrətlə baxdım
Sən mənə dərd verdin qoydun şəfasız
Etdiyin günahlar qalmaz cəzasız
Nifrət qələmiylə yazdım vəfasız
İsmini qəlbimdən siləndən sonra
Mən unutmaq üçün sənə sevgimi
Kədərə sövq etdim vuran qəlbimi
And içdim sevmərəm birdə heçkimi
Sonuncu görüşdən gələndən sonra
Axı bağışlayar sevən sevəni
Bucürnə zənn edib axtarma məni
Ürəyim bağışlar o zaman səni
Mənliyim qürurum öləndən sonra
Toy günün
Sağlıqlar deyildi çığır, bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən könlünə düşən cığırla,
Axan göz yaşını görən oldumu.
Sağlıqlar uzandı.... səhərə kimi
Çalıb oynadılar, kef eylədilər.
Çırpıb pillələrə son ümidimi,
"Vağzalı" üstündə dəfn eylədilər.
Son ümid! O mənim gərəyim idi,
Yolunda şam tutdu neçə qız gəlin.
Şam deyil, o mənim ürəyim idi,
Son dəfə yanırdı yolunda sənin.
Getdin... o köhnə yol nur yolu idi,
İzin düşən yerdə gül açmadı ki?
Özgəylə keçirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər.
Düşüb qədəminə hər yoxuş-eniş,
Niyə ürəyimə çəkilmədilər...
Başına gül-çiçək səpdilər o gün,
Alışan qəlbimə su səpmədilər.
"Get" deyib alnından öpdülər, o gün,
Sınıq taleyimi düzəltmədilər.
Güldün, gülüşünün ömrü çox qısa,
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşsa da,
Yerim görünürdü yanında sənin.
Dünən toyun idi, xoşbəxt olasan,
Görünür bu bizə qismət deyilmiş.
Unut! Elə bil ki, sevdiyin oğlan,
Getdiyin oğlanmı... Nüsrət deyilmiş...
Səni məndən sorsalar
Mənə bir gün onu unut desələr,
Unutmaram o mənim hər şeyim deyərəm,
Bezmədinmi bu sevgidən desələr
Onu bilmirəm, sevən qəlbimdir deyərəm.
Amma başqasını sevir desələr,
Acıyaraq sadəcə vəfasızdır deyərəm
Sən yanımda olsaydın
Gedişinlə qəlbimə ağır qıfıl taxmısan,
Məhəbbət aləminə oyuncaq tək baxmısan.
Amma səni bu qədər mən vəfasız bilməzdim,
Sən yanımda olsaydın bu qədər üşüməzdim!
Sən gedəli, bil mənə qəm-kədər sirdaş olub,
Ümidlərlə əkdiyim o hisslər vaxtsız solub.
Səndən öncəki anlar, heç gözyaşı tökməzdim,
Sən yanımda olsaydın bu qədər üşüməzdim!
İsti qızmar yay günü... Yenə üşüyürəm mən,
Bizsiz yaman darıxır görüşdüyümüz çəmən.
Bilsəydim gedəcəksən, görüşünə gəlməzdim,
Sən yanımda olsaydın bu qədər üşüməzdim.
Nişanlanan gün
Bu sevgimiz olmayıbdır cəfasız
Məni tərk elədin qalmışam yarsız
Elə həmin gündən oldun vəfasız
Sən özgə birinə nişanlanan gün
Sən yoxdun sevgilim səni səslədim
Qoynumda yarım yox ilan bəslədim
Elə hey yanında olmaq istədim
Sən özgə birinə nişanlanan gün
Xoşbəxtçiliyivi məndə istədim
Səndən başqa heç kimi sevmədim
Sənin getməyivə mən sevinmədim
Sən özgə birinə nişanlanan gün
Gəlinlik kəfənim
Bir gün gözlərin dalacaq dərinliklərə
Bəlkə də ağlına mən gələcəyəm
Bərabər yaşadığımız gözəl günləri düşünəcəksən
Birdən hər şey xatirəmizi anladacaq sənə.
Unutmadığını anlayacaqsan
Yanıma gəlməyi düşünə bilirsən
Bir buket güllə gedəcəksən çiçəkçiyə
Alacaqsan ən sevdiyim gülləri
Gəldiyin zaman qapım qarışıq olacaq
Gəlinlik düyünüm olduğunu düşünəcəksən...
Vəfasız qarşına gözü yaşlı anam çıxacaq
Səni görüncə sıxacaq yumruqlarını
Vuracaq sinənə sinənə
"Sənə görə, sənə görə"
deyə qışqıracaq.
Nə olduğunu bilməyəcəksən
O an dönüb qalacaqsan.
Əlindəki güllər tək tək yerə töküləcək
Tabutun üzərində gəlinlik düyünümü görəcəksən
O zaman anam yanaşacaq yanına
Vəsiyyətimi göstərəcək sənə:
"Sevgilimlə evlənmədən öncə ölərəmsə
Kəfən yerinə gəlinlik geydirin mənə
Məni gəlinlik libasımda görüncə sevgilim,
Əsla ağlamayasan...
Məni qara torpaqlarda axtar
Örnək olsun sevib ayrılanlara
Səni sevdiyimi heç zaman unutma"
Heç zaman unutma...
Dostuma
Sevgisinin qədrini bilməsəndə sən
Sevginin qədrini bilmişdi Tənha
Sən vəfasıza görə ölümə getdi
Sən vəfasıza görə həyatdan küsdü.
Sən onu ölümdən geri qaytardın
Pis işdən, pis yoldan geri qaytardın.
Təki bu işləri bir anlıq deyil
Ömrünün hər anı edərdin gözəl.
İndi nəyə gərək sevgi və qayğı
Qaytara bilmərik onu heç zaman
Dönsə özü dönər öz cəsarətilə
Dönsə özü dönər öz ümidilə.
İndi qardaş gedir hərbi xidmətə
Öz vətən borcunu geri verməyə
Borclu qalmasada başqa bir kəsə
Borclu qalıbdı o bircə tək sənə.
Oxu bu sözləri bu həqiqəti
Dostumun vəfasız bir sevgisini.
Ay etibarsız
Bəs niyə unutdun əhdi ilqarı.
Yoxdumu vicdanın ay etibarsız.
Əvvəlki məhəbbət görünmür hanı
Soyuqlaşıb qanın ay etibarsız.
O verdiyin ilqar harada qaldı,
Qəza vurub əldən yerəmi saldı,
Ürəkdən istəyin nə tez azaldı,
Kəsilib gümanım ay etibarsız.
Çəkirsən özünü satırsan baha,
Batmırsan günaha, baxmırsan aha,
Uzaq dur gözümə görünmə daha,
Ağ olub yalanın ay etibarsız.
Ağlama gözlər
Sən idin könlümə ürək sirdaşı
Sevgi məzarımın sənsən baş daşı
Sən gəlin köçəndə tökdüm göz yaşı
Dedim ki ağlama ağladı gözlər
Sağalmaz eşqimin heç vaxt yarası
Yayılıb hər yana eşqin sədası
Sən üçün çalınanda vağzalı havası
Yalvardım ağlama ağladı gözlər
Məni tərk elədin qalmışam yarsız
Bülbül yaşayarmı çəmənsiz bağsız
Vəfasızlar cərgəsində səndə oldun vəfasız
Vəfasız qızlara ağlama gözlər